"Arsenal"ın futbolçusu Məsut Özil məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, qrip virusuna yoluxan türkəsilli yarımmüdafiəçi komandasının iki oyunu buraxıb.
Artıq sağlamlığına qovuşan Özil komandaya qoşulub. Baş məşqçi Arsen Venger ona şans verəcəyi təqdirdə,o, İngiltərə kubokunda yanvarın 7-i keçiriləcək "Preston"a qarşı oyunda iştirak edəcək.