"Samsunspor" Ramildən niyə imtina edib? - AÇIQLAMA

10:22 8 Yanvar 2017

“Trabzonspor”dan Yusuf Yazıçını çox istədik, ancaq klub vermək istəmədi. Əvəzində isə Ramil Şeydayev və Serge Akakpo bizə təklif edildi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Samsunspor"un baş məşqçisi Osman Özköylü deyib. Çalışdırıcı bildirib ki, Ramilin xidmətindən imtina ediblər:

 

"Akakpo müdafiəçi olduğu üçün qəbul etmədik. Çünki arxa xətdə yerli oyunçulara üstünlük vermək istəyirik. Ramil isə çox gənc olduğu üçün imtina etdik. Riskə getmək istəmədik”.

 

Qeyd edək ki, millimizin üzvünün karyerasını hansı klubda davam etdirəcəyi hələ məlum deyil. Onun "Samsunspor"a icarəyə veriləcəyi deyilirdi. 


Digər xəbərlər

Xəbər xətti