“Sumqayıt”dan gözlənilməz şəkildə ayrılan Amit Quluzadə legioner həyatı yaşayacaq.
Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Yunanıstan AEL-iylə razılığa gəlib. O, artıq tibbi müayinədən uğurla keçib və rəsmi sözləşməyə qol çəkməyə hazırlaşır.
AEL 13 turdan sonra eyni sayda xal toplayıb və Yunanıstan Super Liqasında turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Sabah larissalılar səfərdə “Platanias”la üz-üzə gələcək, futbolçumuz bu qarşılaşmanı tribunadan izləyəcək.