Hərdən futbolçunun uğurlu çıxış etməsi də komandanın büdcəsindən pulun çıxmasına gətirib çıxarır.
Sportarena.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu Antoni Marsiyal daha 2 qol vursa, “qırmızı şeytanlar” “Monako”ya 10 milyon avro ödəyəcək. İngiltərə kubokunda “Ridinq”lə keçirilən oyunda (4:0) 21 yaşlı futbolçu “Mançester Yunayted”in heyətində 23-cü qolunu vurub. Müqavilə şərtlərinə görə, futbolçu 25 dəfə fərqlənəcəyi təqdirdə, MY “Monako”ya əlavə 10 milyon avro ödəməlidi.
Qeyd edək ki, Marsiyal “Monako”dan “Mançester Yunayted”ə 2015-ci ildə 50 milyon avro qarşılığında keçib.