"Liverpool"un müdafiəçisi Mamadu Sako karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Sportarena.az xəbər verir ki, fransalı futbolçuyla "Sevilya" yaxından maraqlanır. Artıq İngiltərə klubu ilə futbolçunun keçidi ilə bağlı danışıqlar başlanılıb. Sako ötən ilin aprel ayından "qırmızılar"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.
Həmin vaxt futbolçu dopinqdən istifadə etdiyinə görə bir neçə aylıq diskvalifikasiya olunmuş və AÇ-2016-nı da buraxmaq məcburiyyətində qalmışdı. Yayda bəraət alan Sako bir müddət sonra "Liverpul"un baş məşqçisi Yurqen Klopp tərəfindən intizamsızlıq səbəbindən məşqlərdən kənarlaşdırılmışdı.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2013-cü ildən "mersesaydlılar"ən şərəfini qoruyur. Onun hazırki müqaviləsi 2020-ci ildə başa çatacaq.