Portuqaliya çempionatında XVI turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi "Boavişta" öz meydanında "Setubal"ı qəbul edib. Kamran 90 dəqiqə meydanda olub, Emin isə matçı ehtiyat oyunçular skamyasında izləyib. Oyun "Boavişta"nın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.