Azərbaycanın 1-ci divizionunda çıxış edən "Şərurspor" klubunun prezidenti Sərdar Bağırov gözaltına alınıb.
Sportarena.az xəbər verir ki, bu haqda "Futbol+" xəbər yayıb. Məlumatda qeyd olunub ki, iş adamı vergidən yayınmaqda ittiham olunur. O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadı. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar. Günahsızlığını sübuta yetirməyə çalışan klub prezidenti yaxın günlərdə azadlığa buraxıla bilər.