Birinci divizion təmsilçisi "Şahdağ" mövsümün ikinci yarısının hazırlıqlarına artıq start verib.
Klubdan "Sportarena.az"a verilən məlumata görə, Qusar təmsilçisi doğma şəhərdə yerləşən "Ümüd" mehmanxanasında məskunlaşıb. Komanda məşqlərini Şövkət Orduxanov adına Qusar şəhər stadionda keçir.
Komandadakı bütün legionerlər - Nami Masud, Ziai Seyidhüseyn, (hər ikisi İran), Uçe Çkunyere, Patrik Sanni, Viktor Emenayo (hər üçü Nigeriya), Tofik Şafiyev, Arsen Korçayev və Maqomedsaid Maqomedov (hər üçün Rusiya) komandadan göndərilib. Hazırda heyətdə baxışda olan futbolçular da var. Məşqçilər korpusu yaxın günlərdə onlar haqqında qərar qəbul edəcək.