FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün keçirilmiş Litva - Azərbaycan oyunundan sonra (2:1) hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb.
Sportarena.az sizi baş məşqçilərin fikirləriylə tanış edir:
Təbriz Həsənov, Azərbaycan yığmasının baş məşqçisi: “Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir. Biz bu gün rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq. Bu cür oyunda uduzmaq pis təsir edir. Amma futbolda belə nəticələrlə qarşılaşmaq mümkündü. Xeyli qol epizodu yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm”.
Vaşkunas Vitautas, Litva yığmasının baş məşqçisi: “Çox güclü komandaya qalib gəlmişik. Azərbaycan yığmasının hansı gücdə olduğunu ehtimal edirdik. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazana bildiyimiz üçün özümü çox xoşbəxt hiss edirəm. Bəlkə bu gün o qədər də yaxşı çıxış edə bilmədik. Amma bugünkündən daha yaxşı oynamağı bacardığmızı düşünürəm. Və daha yaxşı oynaya biləcəyin halda qələbə qazana bilirsənsə, buna yalnız sevinmək lazımdı”.