Dünən Sürixdə ötən ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün FİFA tərəfindən tədbir keçirilib. Eyni zamanda 2016-cı ilin simvolik yığması da açıqlanıb.
Sportarena.az xəbər verir ki, simvolik komandaya "Real"dan 5, "Barselona"dan 4, "Yuventus" və "Bavarya"dan isə 1 futbolçu düşüb.
Manuel Noyer (Bavariya), Daniel Alveş (Yuventus), Jerar Pike, Andres İnyesta, Lionel Messi, Luis Suarez (Barselona), Serxio Ramos, Marselo, Luka Modriç, Toni Kroos, Kriştiano Ronaldo (Real).