Zidan ən yaxşı baş məşqçi seçildi - Fransada

13:15 10 Yanvar 2017

Fransada 2016-cı ilin ən yaxşı baş məşqçisinin adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, “France Football” nəşrinin versiyasına əsasən, ötən il Fransanın ən yaxşı məşqçisi “Real”ın çalışdırıcısı Zinəddin Zidan seçilib. “Zizu” ötən il “Real”la Çempionlar Liqasını, Avropa Super Kubokunu və Klublararası dünya çempionluğunu qazanıb.

 

Qeyd edək ki, “Kral klubu” 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.


Digər xəbərlər

Xəbər xətti