Təlim məşq toplanışı üçün Antalyaya yollanan Almaniyanın "Erfrut" klubunun səfəri baş tutmayıb.
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçularının olduğu təyyarəyə ildırım düşməsidir. İçərisində 27 futbolçu olan təyyarə Dalaman Hava Limanına təcili eniş edib. Bu haqda klubun rəsmi tvitter hesabından bəyanat yayılıb. Futbolçuların sağlamlığında heç bir problem olmadığı bildirilib.
Qeyd edək ki, Türkiyədəki əlverişsiz hava şəraitiylə əlaqədar olaraq "Qəbələ", "Sumqayıt" və "İnter"in də Antalyaya planlaşdırılan səfərləri aviareyslərin təxirə salınması ucbatından yubanır.