Səmədov əvəzedici heyətdə

15:26 10 Yanvar 2017

“Lokomotiv”in əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədovun "Spartak"a keçidi ləngiyib.
 

Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi qış fasiləsindəki hazırlığı “Lokomotiv”in əvəzedici komandasında keçirir. Səmədovdan başqa bir neçə futbolçu da əvəzedici komandada məşq edir. Hazırda Moskva klubu bu futbolçularla bağlı başqa klublarla danışıq aparır. Baş məşqçi Yuri Syomin həmin futbolçuları komandanın İspaniyada keçirilən təlim-məşq  toplanışına aparmayıb.
 

Qeyd edək ki, uzun müddətdi adı "Spartak"la yanaşı hallanan Aleksandr Səmədovun yaxın günlərdə Moskva klubuna keçidi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti