Belçika millisinin üzvü Antoni Vanden Borre kayerasını başa vurduğunu açıqlayıb.
Sportarena.az xəbər verir ki, "Anderlext"in 29 yaşlı yarımmüdafiəçisi aldığı ardıcıl zədələr səbəbindən belə qərar verib. Ötən il Fransanın "Monpelye" klubunda icarədə oynayan Borre zədə ucbatından mövsüm ərzində cəmi 2 oyunda meydana çıxa bilib.
Qeyd edək ki, 2004-cü ildən Belçika millisində çıxış edən Vanden Borre karyerası ərzində "Fiorentina", "Cenoa" və "Genk" kimi komandalarda çıxış edib.