Voleybol üzrə Rusiya yığmasının və "Uraloçka"nın sabiq üzvü, hazırda modelliklə məşğul olan Alyona Qolosnova maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, xanım voleybolçu ölkəsinin mətbuatına verdiyi müsahibəsində Azərbaycanla bağlı maraqlı məqama toxunub. O, Azərbaycan voleybolunda maaşların əvvəlki kimi yüksək olmadığını deyib:
"Ən çox pul verilən liqalar sırasında Türkiyə birinci gəlir. Rusiya, Azərbaycan və İtaliya liqalarındada maaş yaxşıdır. Ancaq eşitdiyimə görə, son zamanlar Azərbaycanda artıq əvvəlki pul yoxdur. İndi orada daha az maaşa oynayırlar”.