Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında 2-ci turun matçlarına start verilib.
Sportarena.az xəbər verir ki, təmsilçimiz “Telekom” ilin ilk matçında Polşanın “Ximik” klubunu qəbul edib. Zoran Qayiçin yetirmələri 0:3 hesablı məğlubiyyətə üzülüblər.
2 görüşdən sonra aktivində xalı olmayan “Telekom” qrupda sonuncu pillədən yaxa qurtara bilməyib.
Çempionlar Liqası, 2-ci tur
“Telekom” - “Ximik” - 0:3 (16:25; 21:25; 20:25)