"Fənərbaxça"nın futbolçusu Robin Van Versi komandanı tərk edərək təcili Hollandiyaya yollanıb.
Sportarena.az xəbər verir ki, o, babasının səhhətində problem yarandığı üçün vətəninə gedib. Baş məşqçi Dik Advokatdan icazə alan hücumçu Antalyadan birbaşa Amsterdama yola düşüb.
Qeyd edək ki, İstanbul klubu bir neçə gündür ki, Antalyada təlim-məşq toplanışındadır.