“Bursaspor” klubunun baş məşqçisi Hamza Hamzaoğlu Türkiyənin radiolarından birinə maraqlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, Hamzaoğlu “Gənclərbirliyi”nin rumıniyalı futbolçusu Boqdan Stankunu nəyin bahasına olursa-olsun, transfer etmək istədiklərini və onu Azərbaycan yığmasının da formasını geyinən Dəniz Yılmazın yerində oynatmağı düşündüyünü bildirib:
“Maraqlandığımız futbolçularla danışıqları davam etdiririk. İlk növbədə, Stankunu komandamda görmək istəyirəm. Stanku məsələsi ilə bağlı klublar arasında danışıqlar davam edir. Boqdanı ixtiyarında görmək istəyirəm. Onu Dəniz Yılmazın mövqeyində oynatmağı düşünürəm. Çünki Dəniz o mövqedə yalnız qalır”.