"Qəbələ"nin boksçusu Rusiyada qalib oldu

15:54 11 Yanvar 2017

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin idman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində “Qəbələ” İdman Klubu da təmsil olunub. Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib. Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib. 59 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti