FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün millimiz Qazaxıstanla qarşılaşıb.
Sportarena.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. Matçdan sonra rəqib komandanın baş məşqçisi Aleksandr Kuznetsov oyunla bağlı fikirlərini bölüşüb:
"Rəqibimizi yaxşı tanıyırdıq, başqa turnirlərdəki oyunlarını izləmişdik. Azərbaycan millisi güclü komandadı, futbolçuların çoxu təcrübəlidi. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.