"Müdafiə xəttində bir qədər çatışmazlıq var" - Həsənov

16:13 11 Yanvar 2017

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 2-ci turu çərçivəsində bu gün U-19 millimiz Qazaxıstanla heç-heçə edib.

 

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov görüşlə bağlı fikirlərini açıqlayıb:

 

 

“Maraqlı qarşılaşma oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidi. Səhvlərimizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.


Digər xəbərlər

Xəbər xətti