Millimizin futbolçusu Ramil Şeydayev zədələnib.
Sportarena.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, klubu “Trabzonspor”un yanvarın 2-si Antalyada başlayan hazırlığının ilk günlərində yüngül zədə alan 20 yaşlı hücumçu sonradan müalicə olunub. Bundan sonra o, ümumi məşqlərdən kənarda qalıb. Fərdi qaydada hazırlıq keçən futbolçumuz fitnes zalında isə komandasıyla birgə məşq edib.
“Fanatik” qəzetinin hazırlıq prosesini izləyən müxbiri yazıb ki, başa çatan bu təlim-məşq toplanışı Şeydayev üçün uğursuz olub.