Gələn ay 50 yaşını qeyd edəcək yapon futbolçu Kazuyoşi Miura karyerasını bitirmək niyyətində deyil.
Sportarena.az xəbər verir ki, hücumçu 2005-ci ildən formasını geyindiyi "Yokohama" klubu ilə anlaşmasının müddətini uzadıb.
Qeyd edək ki, o, peşəkar karyerasına 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayıb və 1990-cı ilədək bu ölkədə çıxış edib. 1990-cı ildə vətəninə dönən Miura müəyyən dövrlərdə İtaliyanın "Cenoa" və Xorvatiyanın "Dinamo" klublarında oynamağa imkan tapıb. O, Yaponiya yığmasında keçirdiyi 89 oyunda 55 qol vurub.