Pakistan cüdoçuları Bakıya buraxılmadı

13:58 12 Yanvar 2017

Pakistan cüdoçuları cari ilin may ayının 12-22 aralığında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq.

 

 

Sportarena.az xəbər verir ki, adıçəkilən ölkə federasiyası cüdoçularını Azərbaycana gəlməyə icazə verməyib. Buna səbəb Pakista Olimpiya Assosiasiyası (POA) və Pakıstan Cüdo Federasiyası (PFJ) arasında yaranan qalmaqaldır.  POA PFJ-nin ötən il keçirilən seçkilərdə qanunsuzluğa yola verdiyini iddia edir. Qarşı tərəf isə bunu təkzib edir.


Digər xəbərlər

Xəbər xətti