"Neftçi"dən ayrılan Jonas Pessallinin yeni klubu rəsmən müəyyənləşib.
Sportarena.az xəbər verir ki, braziliyalı vətəninə dönüb və "Parana" klubuna keçib. Bu barədə B Seriyasında çıxış edən klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmır. Son mövsümdə "Parana" çempionatı 41 xalla 15-ci pillədə başa vurub.
Qeyd edək ki, karyerası ərzində Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edən Jonas Pessalli "Neftçi"yə 2016-cı ilin oktyabrında keçib. Lakin qış fasiləsində futbolçu kluba müraciət edərək komandadan ayrılmaq istədiyini deyib və qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. O, Bakı klubunun heyətində 10 oyun keçirib və 4 qol vurub.