Qış fasiləsində “Sumqayıt”dan ayrılan Vaqif Cavadov Rusiyanın Premyer Liqa təmsilçisi “Orenburq”da çıxış edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb. 27 yaşlı hücumçunun xidmətində Rusiya təmsilçisinin baş məşqçisi Robert Yevdokimov maraqlıdı. Xəbərdə Cavadovun “Orenburq”da çıxış edib-etməyəcəyinə bu həftənin sonuna kimi aydınlıq gələcəyi qeyd edilib.
Qeyd edək ki, Vaqif mövsümün ilk yarısında meydana çıxdığı 13 oyunda 3 qol, 2 məhsuldar ötürməyə imza atıb.