Prosineçkinin özəl günü - FOTO

16:05 12 Yanvar 2017

Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki üçün xüsusi gündür.

 

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssisin bu gün 48 yaşı tamam olur. 2014-cü ilin dekabrından millimizə rəhbərlik edən mütəxəssis artıq üçüncü ildir doğum gününü Azərbaycanda qeyd edir.

 

 

Prosineçkinin əməkdaşlıq etdiyi AFFA isə millinin baş məşqçisinin doğum gününə biganə qalmayıb. Federasiya ona üzərində millinin sloqanı olan - "Niyə də yox?" yazılmış tort hədiyyə edib.

 


Digər xəbərlər

Xəbər xətti