"Qalatasaray" daha bir futbolçunun keçidini uğurla tamamlayıb.
Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" "Gənclərbirliyi"nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib. Yaxın günlərdə Türkiyə millisinin 22 yaşlı üzvü ilə rəsmi müqavilə imzalanacaq.
Xəbəri Ankara klubunun prezidenti İlhan Cavcav da təsdiqləyib.