Xanım idmançı: "Qardaşım dedi ki, başımızı soxdun yerə" - VİDEO

20:26 12 Yanvar 2017

ARB TV-də yayımlanan "Gəlin Danışaq" proqramının növbəti qonağı cüdoçu, sambo üzrə 11 qat dünya çempionu Zülfiyyə Hüseynova olub.

 

 


Sportarena.az xəbər verir ki, maraqlı açıqlamaları ilə yaddan qalan idmançı, ilk məşqindən və ailəsinin onun seçdiyi peşəyə olan baxışından danışıb:
 

 

"İlk məşqimə anam apardı. Məcid müəllim 1 məşq keçdikdən sonra gördü ki, fizik cəhətdən çox güclüyəm, amma texnikadan anlayışım yoxdur. Yalnız uşaqlıqda elədiyimiz "badalaq" fənnini bilirdim. Anam gəlib Məcid müəllimə dedi ki, bundan bir şey çıxacaqsa qalsın, çıxmayacaqsa aparım. Müəllim mənə baxaraq yox, çıxar niyə çıxmasın? Hələ bir məşqə mən nə deyə bilərəm? Ailəm çalışırdılar ki, mən idmandan uzaqlaşım. Amma Allahın yazdığına pozu yoxdur. Şükürlər olsun".

 


Dünya çempionu həmçinin ailəsinin ona dəstəyini də qeyd edib.

 


"Bir yarışda 3-cü yerə çıxdım. Qardaşım gəlib dedi ki, başımızı soxdun yerə. Niyə 1-ci yerə çıxa bilmədin? Dedim ki, heç mənə icazə vermirdin idmana getməyə indi isə  1-ci yer istəyirsən. Anam da həmişə deyirdi meydana çıxanda al başına çırp yerə. Başa salırdım ki, mənlə qarşılaşan da idmançıdır və mən bildiklərimi onlar da bilir. Deyirdi ki, yox, sən mənim qızımsan, sən gərək başına alıb çırpasan yerə. Ailəm Azərbaycandakı yarışlara gəlirdi, ancaq xarici dövlətlərdə təşkil olunanlara yox".

 

 


Digər xəbərlər

Xəbər xətti