"Çelsi" razılıq aldı - Stadionunu yeniləyəcək

21:49 12 Yanvar 2017

İngiltərənin "Çelsi" klubu Londonun Hammersmit və Fulhem bürolarından "Stamford Bridge" stadionunda rekonstruksiya işlərinin aparılması üçün icazə alıb.

 

 

Sportarena.az xəbər verir ki, bir müddətdi stadionunu yeniləmək istəyən "zadəganlar" şəhərin meri Sadik Xandan da lazım olan dəstəyi alıblar. Arenada aparılacaq işlər nəticəsində tamaşaçı tutumu 60 min nəfərə qədər artırılacaq. "Çelsi"nin rekonstruksiya planının 2021-ci ilə qədər reallaşacağı ehtimal olunur. Klub bu işlərə 500 milyon funt xərcləməyi planlaşdırılır. 


Digər xəbərlər

Xəbər xətti