Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şəmkir" bu gün ilk yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, I divizion təmsilçisi Türkiyənin aşağı liqasında çıxış edən "Kuşadası" ilə üz-üzə gəlib. Qarşılaşma Qəhrəman Əliyevin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 78-ci dəqiqədə Etibar Süleymanov vurub.