Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edən Azərbaycanın U-19 millisi üçüncü matçına çıxıb.
Sportarena.az xəbər verir ki, C qrupunda yer alan komandamız saat 15:15-də Slovakiya ilə üz-üzə gəlib. Slovakiyalılar minimal hesablı qələbə qazanıb. Millimiz 1/4 finala yüksəlmək şanslarını tamamilə itirmişdi. Belə ki, digər matçda qrup lideri Litvanın Qazaxıstana 0:2 hesablı məğlub olmuşdu. Təbriz Həsənovun yetirmələri 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, millimiz Litvaya 1:2 hesabı ilə uduzub, Qazaxıstanla 2:2 hesablı heç-heçə edib.
13 yanvar
Qranatkin turniri, 3-cü tur, C qrupu
Azərbaycan - Slovakiya 0:1
Qol: Martin Vitsian, 86
Hakimlər: İvan Sidenkov, Dmitri Semyonov, Andrey Pyolıx, Denis Savin
Azərbaycan: 12. Kamran İbrahimov, 13. Yusif Həsənov, 2. Mətin Gülər, 3. Ricat Qarayev, 14. Hüseyin Seyliğli, 8. Süleyman Əhmədov, 18. Rafael Məhərrəmli, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 20. Bahadur Həziyev, 11. Barış Ekincier
Ehtiyat oyunçular: Murad Popov, 17. Murad Qayalı, 5. Rəhman Daşdəmirov, 4. İsmail Karakaş, 6. İbrahim Qədirzadə. 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıxov, 19. İbrahim Əliyev, 9. Doğukan Öksüz
Baş məşqçi: Təbriz Həsənov
Slovakiya: 1. Frederik Valax, 16. Peter Voytoviç, 15. Stanislav Duçar, 2. Mario Mrva, 19. Kristian Flak, 3. Dominik Şpiriyak, 6. Rixard Bedyaç, 18. Yakub Kudlişka, 7. Branislav Sluka, 10. Yozef Şpirka, 9. Rastislav Krujliyak
Ehtiyat oyunçular: 12. Peter Urminski, 14. Filip Vaşko, 5. Martin Çervenyak, 11. Martin Vitsian, 8. Matey Qreşak, 17. Martin Ruimarenko, 4. David Filinski, 13. Robert Bojenik, 20. Matey Madlenyak
Baş məşqçi: Milan Malatinski