Konte İngiltərədə tarix yazdı

16:27 13 Yanvar 2017

“Çelsi"nin baş məşqçisi Antonio Konte Premyer Liqada dekabr ayının ən yaxşı məşqçisi seçilib.

 

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis ardıcıl üçüncü aydır ki, bu göstəricidə həmkarlarını üstələyir. Bununla da 47 yaşlı çalışdırıcı adını İngiltərə Premyer Liqası tarixinə yazdırıb. O, dalbadal 3 dəfə bu mükafata layiq görülən yeganə məşqçidir.

 

 

Qeyd edək ki, Premyer Liqanın lideri olan "Çelsi" dekabrda keçirdiyi 6 oyunun hamısında qalib gəlib. Bu oyunlarda 13 qol vuran London klubu qapısından 3 qol buraxıb.


Digər xəbərlər

Xəbər xətti