Slovakiyanın U-19 yığmasının baş məşqçisi Milan Malatinski Valentin Qranatkinin xatirə turnirinin üçüncü turu çərçivəsində millimizə qalib gəldikləri oyundan (1:0) açıqlama verib.
Sportarena.az xəbər verir ki, Malatinski millimizin daha yaxşı oynadığını söyləyib:
“Təbii ki, qələbəyə görə çox sevinirik. Azərbaycan yığma komandasının bəxtinin gətirməməsi fikri ilə razıyam. Rəqbimizin güclü komanda olduğunu düşünürəm və yaxşı futbol oynayıb qələbə qazana bilməmək çox pis təsir edir. Xüsusilə, birinci hissədə Azərbaycan yığması bizdən daha yaxşı oynadı. Lakin penaltidən yararlana bilmədikdən sonra uşaqlar sanki toparlandılar. Bir daha bildirirəm ki, qələbəyə görə çox şadam”.