Türkiyə superliqasında 17-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, turun ilk oyunda millimizin hücumçuları Ramil Şeydayevlə Dəniz Yılmazın komandaları - “Trabzonspor” və “Bursaspor” qarşılaşıb. Bu matçda Trabzon klubu 2:1 hesabı ilə qalib gəlib.
"Bursaspor"da çıxış edən Yılmaz 90 dəqiqə meydanda olub. "Trabzonspor"lu Şeydayevin adı isə yenə iştirak ərizəsinə belə daxil edilməyib.
Qeyd edək ki, 17 turdan sonra "Bursaspor" 26 xalla 5-ci, "Trabzonspor" 21 xalla 10-cu pillədə qərarlaşıb.