İngiltərə Premyer Liqasının lideri “Çelsi”nin düşərgəsində vəziyyət gərgindi.
Sportarena.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə hücumçu Dieqo Koşta dalaşıblar. Tərəflər arasında gərginlik hücumçunun zədəsi ilə bağlı olub. Koşta zədəsinin ciddi olduğunu əsas gətirərək, istirahət tələb edib. Konte isə həkimlərin rəyini əsas tutaraq, futbolçuya bütün qüvvəsi ilə məşq etməyi əmr edib. Bununla razılaşmayan Koşta Konte ilə dalaşıb.
İngiltərə mətbuatının məlumatına görə, hücumçu “Lester”lə oyunda meydana çıxmayacaq.