FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu yanvarın 15-də keçirəcək.
Sportarena.az xəbər verir ki, 9-16-cı yerlər uğrunda mərhələdə futbolçularımız İran komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə saat 15:15) başlayacaq.