AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında AAAF Holdinqin 2016-cı il üzrə Hesabat iclası keçirilib. Holdinqin bütün strukturlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışlar olub, ötən il görülən işlər barədə məlumatlar verilib, 2017-ci ildə nəzərdə tutulan çalışmalar barədə planlar açıqlanıb.
İclası AAAF Holdinqin prezidenti Tofiq Heydərov açıq elan edib. O, giriş sözü ilə çıxış edərək 2016-cı ilə qısaca nəzər salıb, problemləri və əldə edilən inkişaf barədə fikirlərini bölüşüb. Daha sonra Holdinqin vitse-preizdenti Fəxri Ağayevə söz verilib. O, öncə holdinqdaxili şirkətlərin rəhbərlərinin hər birinin hesabatının dinlənilməsinin vacibliyini vurğulayıb.
Növbə ilə “AAAF-İnşaat”ın prezidenti Ruslan Xanverdiyev, “AAAF Park-Xırdalan”ın direktoru Əli Nəbiyev, “AAAF Media”nın direktoru Rəşad Əliyev, “AAAF Park-Astara”nın direktoru Elçin Səfərov, “AAAF-Construction”ın rəhbəri Zəka Hüseynov, Sakinlərə Xidmət Depratamentinin rəhbəri Eldar Abdullayev, “Zirvə Liseyi”inin dirketor müavini Gülruhə Səmədova, “Zirvə” Uşaq Bağçasının direktoru Nahidə Nəsrullayeva və “Zirvə İnternational Sport Clubs”ın direktoru Rizvan Rəsulov çıxış edərək hesab veriblər. Onların hər biri rəhbərlik etdikləri qurumların 2016-cı ildəki bütün fəaliyyətləri barədə geniş çıxış ediblər. Natiqlər çatışmazlıqlar, eyni zamanda nail olunan uğurları qeyd edib, 2017-ci ildə görüləcək işləri ictimaiyyətə açıqlayıblar.
Sonra vitse-prezident Fəxri Ağayev söz alaraq 2016-cı ildə ölkə iqtisadiyyatında baş verənlər haqda danışıb, bunlardan necə nəticə çıxarmalı olduğumuzu, şirkət olaraq səmərəli fəaliyyətimiz üçün gərəkli istiqamətləri göstərib. İclasa təsisçi Tofiq Heydərov yekun vurub. O, Holdinqin fəaliyyəti ilə bağlı hesabatları diqqətlə dinlədiyini bildirib, hər kəsə işlərində uğurlar arzulayıb, təklif və tapşırıqlarını verib.