Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçını keçirib.
Sportarena.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası Qazaxıstanın “Okjeptes” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Millimizin qollarını Sarxan Baloğlu və Ozancan Kökcü vurub.
Qeyd edək ki, yığmamız ilk sınaq matçında Almaniyanın “Rot Weis Erfurt” klubu ilə qolsuz heç-heçə edib.