Dünən Qabonda keçirilən Afrika Millətlər Kubokuna start verilib.
Sportarena.az xəbər verir ki, A qrupunda yer alan təşkilatçı ölkə turnirin açılış matçında Qviniya-Bissuanı qəbul edib. Görüşdə hərəyə bir dəfə fərqlənən tərəflər heç-heçəyə razı olub - 1:1. Qrupun digər görüşündə də eyni nəticə qeydə alınıb. Güclü Kamerun millisi Burkina Faso ilə bacara bilməyib - 1:1
Bu gün B qrupunda yer alan komandalar mübarizəyə qoşulacaq. Saat 20:00-da başlanacaq qarşılaşmada turniin favoritlərindən olan Əlcəzair Zimbabveni sınağa çəkəcək. Start fiti 23:00-da veriləcək görüşdə isə Tunis və Seneqal münasibətlərinə aydınlıq gətirəcək.