Ulduz futbolçu Didye Droqbanın “Korintians”la razılığa gəldiyi barədə xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, fil dişi sahilli futbolçunun Braziliya klubuna keçidi baş tutmayıb. Buna səbəb son anda “Korintians” rəhbərliyin transferdən imtina etməsidi. Cənubi Amerika təmsilçsinin prezidenti klubunun forvardın əmək haqqısını ödəməkdə çətinlik çəkəcəyindən ehtiyat edərək bu qərarı qəbul edib.
Qeyd edək ki, transfer baş tutacağı təqdirdə “Korintians” Droqbaya aylıq 120 min avro maaş verməli idi.