Almaniyada ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportarena.az xəbər verir ki, “Arsenal”ın və Almaniya millisinin türkəsilli futbolçusu Məsut Özil bu şərəfə layiq görülüb. Almaniya Futbol Federasiyasının saytında azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasən Özil 316850 respondentin 54,5 faizinin səsini qazanaraq, “Real”dan Toni Kroosu (33,9 faiz) və “Köln”dən Yonas Hektoru (0,4 faiz) geridə qoyub.
Qeyd edək ki, 2010-cu ildən keçirilən sorğuda 5-ci dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilən Özildən başqa, Bastian Şvaynştayger (2010) və Toni Kroos da (2014) bu şərəfə nail olub.