İngiltərə Premyer Liqasının 21-ci turunda baş tutmuş "Manchester United" - "Liverpool" (1:1) qarşılaşmasının sonlarında komandaların baş məşqçiləri arasında maraqlı olay yaşanıb.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Yurqen Klopp meydanın mərkəzində Ander Erreranın Firminoya qarşı kobudluğuna görə 4-cü hakimə emosional şəkildə etiraz edib. Bu zaman onun həmkarı Joze Mourinyo almaniyalı mütəxəssisi sakitləşdirmək istəyib. Bu zaman Klopp emosiyalarını Mourinyo ilə də eyni şəkildə bölüşməyə davam edib.