Türkiyə Superliqasında mübarizə aparan “Alanyaspor” klubunun baş məşqçisi Hüseyn Kalpar istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə mütəxəssisin özü Türkiyə mətbuatına açıqlama verib. O, Superliqanın 17-ci turunda evdə “Rizespor”a uduzduqları oyundan (2:3) sonra komandadan getmək qərarını gəlib.
Qeyd edək ki, “Alanyaspor” hazırda 18 xalla 14-cü pillədə qərarlaşıb.