Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Aleksandr Səmədov "Spartak"a keçib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. 32 yaşlı yarımmüdafiəçinin müqavioləsi 18 yanvarda qüvvəyə minəcək. Bu keçid Rusiya Premyer Liqasının liderinə 3,5 milyon avroya başa gəlib. Futbolçunun yeni klubundakı əmək haqqısı isə açıqlanmır.
Qeyd edək ki, Səmədov 2001-2005-ci illərdə "Spartak"ın şərəfini qoruyub.