Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri “Eqestorf” klubu ilə qarşılaşıb. Almaniya təmsilçisi ilə görüş yığmamızın məğlubiyyəti ilə nəticələnib - 2:4. Millimizin heyətində qollara Əli Nuri və Sərtan Taşkın imza atıblar.
Qeyd edək ki, U-21 Türkiyədəki toplanış müddətində Almaniyanın “Rot-Vayss Erfurt” (0:0) və Qazaxıstanın “Okjetpes” klubu (2:2) ilə heç-heçə edib.