"Mançester Yunayted"in canlı əfsanə baş məşqçiliyə başlayır?

21:49 16 Yanvar 2017

“Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqz tezliklə baş məşqçi kimi çalışmağa başlaya bilər.

 

Sportarena.az xəbər verir ki, baş məşqçisi Filipp Montanyeni istefaya göndərən İngiltərə Çempionşip təmsilçisi “Nottingem Forest” komandanın “sükan”ını uelsiyə etibar etməyi planlaşdırır. Bu barədə məlumatı “Bein Sports” yayıb.

Rayanın “Nottingem Forest”ə keçidi alınsa, aşağı liqa təmsilçisi 43 yaşlı sabiq yarımmüdafiəçinin baş məşqçi kimi çalışacağı ilk klub olacaq. Əfsanəvi futbolçu 2014-cü ildə “Mançester Yunayted”də oynayan məşqçi kimi fəaliyyət göstərib.

“Nottingem Forest” hazırda Çempionşipdə 20-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti