Millimizdən inamlı qələbə - YENİLƏNİB

22:57 17 Yanvar 2017

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9 - 12-ci yerlər uğrunda ilk görüşdə Estoniya yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:0 hüsablı qələbəsi ilə başa çatıb. Yığmamız 9-cu yer üçün Belarus - Moldova matçının ən güclüsü ilə üz-üzə gələcək.

 

Növbəti mərhələnin oyunları yanvarın 20-də olacaq. Turnirə isə bundan bir gün sonra yekun vurulacaq.

 

 

17 yanvar

Valentin Qranatkinin xatirə turniri, 9-12-ci yerlər uğrunda görüş

Estoniya - Azərbaycan - 0:3 
Qollar: Pilağa Mehdiyev, 4; Doğukan Öksüz, 41; İbrahim Əliyev, 87
 
Azərbaycan: 12. Kamran İbrahimov, 17. Murad Qayalı, 13. Yusif Həsənov, 3. Ricat Qarayev, 14. Hüseyin Seyliğli, 8. Süleyman Əhmədov, 6. İbrahim Qədirzadə, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev,11. Barış Ekincier, 9. Doğukan Öksüz.
Ehtiyat oyunçular: 1. Murad Popov, 2. Mətin Gülər, 5. Rəhman Daşdəmirov 4. İsmayıl Karakaş, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 20. Bahadur Həziyev, 19. İbrahim Əliyev.
Baş məşqçi: Təbriz Həsənov.
 
 
Estoniya: 12. Henri Perk, 16. Vsevolad Zasuhin, 3. Marko Lipp (k.), 5. Karl-Erik Pukk, 13. Markkus Seppik, 14. Robin Tarius, 17. Markus Vaherna, 8. Mario Kuokkanen, 4. Kermo Pihelqas, 18. Lliya Yuzev, 9. Erik Sorqa.
Ehtiyat oyunçular: 1. Krister İnqmar Paplavskis, 15. Artyom Davıdov, 20. Artyom Ostrovski, 6. Markus Lokk, 10. Markus Poom, 7. Kristofer Reinberq, 11. Rasmus Saar, 19. Kristofer Piht.
Baş məşqçi: Lars Hopp.

17 yanvar


Digər xəbərlər

Xəbər xətti