Birinci divizionun iddialılarından olan "Şərurspor" növbəti transferlərini həyata keçirib.
Sportarena.az xəbər verir ki, naxçıvanlılar heyətini iraqlı futbolçularla gücləndirib. Onlardan biri Kamal Ali Nasir, digəri Abdulla Məhəmməddi. Hər iki futbolçu ilə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, bundan əvvəl komanda "Neftçi"nin əvəzedici heyətindən Rəsul Babayevi, "Şahdağ"dan isə Samir Musayevi heyətinə qatmışdı.