"Mançester Siti"nin futbolçusu cərimləndi - 40 min

22:40 17 Yanvar 2017

"Mançester Siti"nin müdafiəçisi Bakari Sanya Premyer Liqanın 20-ci turunda "Burnley" ilə oyundan sonra (2:1) yazdığı fikirlərə görə cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, İngiltərə Futbol Assosasiyası (İFA) onu 40 min funt cərimələyib. Ötən həftə İFA Sanyaya yanvarın 17-ə kimi hakimliklə bağlı ittihamlarını əsaslandırmaq üçün vaxt vermişdi. Fransalı futbolçu isə susmağı üstün tutub.

 

Qeyd edək ki, Sanya sözügedən matçdan sonra hakimləri öz maraqlarını güdməkdə ittiham etmişdi.


Digər xəbərlər

Xəbər xətti